Zümrüd Yağmur
Gözəl Bayramlı ilə Tiflisə getmədın iki gün əvvəl görüşmüşdük. Mən də onunla Tiflisə getməyi düşünürdüm, amma burda olan işlərimi toparlaya bilmədiyimdən “bu dəfə qalsın” dedim.
“İki gün sonra dönəcəm” dedi və ayrıldıq.
Bilmirəm, bu vidalaşmanın sonu nə vaxt gələcək, amma bu həbs məni nə heyrətləndirdi, nə də çaşdım. Bu ölkənin reallığı budur zatən…
Amma xəbəri aldıqda içimə peşimançılıq doldu. “Kaş mən də gedəydim.”
Davamlı bu sözləri təkrar edirdim… Sonra dayandım və bir anlığa düşündüm. Mənim orda olmam nəyi dəyişirdi?
Bəlkə bir 10 min dollar da mənim çantama qoyacaqdılar, ya da onu məndən ayırıb aparacaqdılar…
Ən azından həbs olunduğu anda tək olmazdı.
Nə əhəmiyyəti olacaqdı?
Bir də Gözəl xanım tək deyildimi?
Təkdi… Öz prinsipiallığı, dürüstlüyü, ardıcıllığı və ən başlıcası öz yoluna sədəqəti ilə təkdi, ya da tək olanlardandı…
Bir şey haqqında ya susurdu, ya da üsyan edirdi.
Həqiqət bildiyini ya müdafiə edirdi, ya da o həqiqəti yalan və ləyaqətsizlikdən qorumaq üçün yenə susurdu…
Və əminəm ki, heç bir şey onun kimliyində və şəxsiyyətində daşlaşmış bu keyfiyyətləri məhv edə bilməz.
Söz ardı…
Vitse-prezidentdən islahatlar gözləyənlərin menyusuna…
Alın, bu da sizə islahat…
Qaçaqmalçılıq erası başladı…
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb
Oxunub: 752