Sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələrində yüklərə baxış keçiriləcək. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələri haqqında Əsasnamə”yə dəyişiklik edib.
Məsələ burasındadır ki, Sərhəd qoşunlarına belə bir hüquq “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 10 mart tarixli qanunla verilib. “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələri haqqında Əsasnamə”də bu hüququn əksini tapması ilə Sərhəd qoşunları nəzarət-buraxılış məntəqələrində yüklərə baxış keçirməyə başlayacaq.
Azadliq.info
Oxunub: 672