Bakı çimərliklərində 3 nəfərin batması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Bu barədə barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə daxil olan məlumatlarda bildirilir.
Dənizdə çimərkən batma hadisələrinin hər üçü paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Batanlardan ikisinin meyitini dalğıc-xilasedicilər sudan çıxarıb, daha bir nəfərin axtarışları davam etdirilir.
Oxunub: 136