Rusiya vətəndaşları ABŞ dolları və avronun məzənnəsinin artmasından sonra kütləvi şəkildə xarici valyuta almağa başlayıblar.
“Rusiya mətbuatı xəbər verir ki, valyutaya tələbat tətil mövsümündəkindən belə çox olub.
Rusiya “Binbank”ının konvertasiya əməliyyatları üzrə mərkəzinin direktoru Stanislav Makarov bildirib ki, iyulda gündəlik nağd mübadilə iyunla müqayisədə təxminən 10% artıb.
“Rusiya standartı” bankından isə deyiblər ki, valyuta tələbatın həcmi mövsümi amillərdən asılıdır: “Yayda məzuniyyətlər çoxalır və nəticədə vətəndaşların valyuta alışında fəallıq müşahidə olunur”.
Ekspertlər dollar və avro almağa marağın da artacağını və ilin sonuna qədər Amerika valyutasının məzənnəsinin 60-65 rubl, avronun məzənnəsinin isə 69-73 rubl olacağını proqnozlaşdırırlar.
Oxunub: 584