Bu ilin iyul ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 256 610,4 min manat vergi və rüsum daxil olub.
Bu, 2016-cı ilin iyul ayı ilə müqayisədə 69 819,79 min manat və yaxud yaxud 37,38% çoxdur.
Hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 1 il əvvələ nisbətən 15 238,72 min manat və yaxud 33,1% artaraq 61 275,9 min manata çatıb.
Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 61 089,88 min manat və yaxud 49,52% artaraq 184 466,6 min manat, aksizlər üzrə daxilolmaların həcmi 6 706,28 min manat və yaxud 45,4% azalaraq 8 064,8 min manat, yol vergisi üzrə daxilolmaların həcmi isə 197,44 min manat və yaxud 7,58% artaraq 2 803,1 min manat təşkil edib.
Azadliq.info
Oxunub: 40