Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 22 milyon 500,6 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 16 milyard 606,5 milyon kubmetr təbii qaz hasil olunub. Həmin qazın 10 milyard 870,9 milyon kubmetrini əmtəəlik təbii qaz təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu il ölkədə neft hasilatı 8,9 faiz, əmtəəlik qaz hasilatı isə 1,3 faiz azalıb. İlin ilk yeddi ayında Azərbaycanın mədənçıxarma sənayesində istehsalının ümumi dəyəri 15,3 milyard manat olmaqla 2016-cı ilin müvafiq dövrünə nisbətdə 6,4 faiz azalıb.
Oxunub: 80