Azərbaycan məktəblərin və məktəblilərin bilik yarışması sayıla biləcək çox əhəmiyyətli PİSA indeksi platformasından çıxıb, amma az qala heç kimin məşğul olmadığı və izləmədiyi bir idman növünə də pul xərcləyir. Dünyanın harasında belə şey ola bilər?
PİSA (Programme for International Student Assessment) – adını bir az tutumlu anlamda ifadə etsək, Məktəblilərin Təhsil Səviyyəsini Qiymətləndirmə üzrə Beynəlxalq Proqram hər il yeni ölkələrin qatılması ilə böyüyür və yeni çağın vacib inkişaf alətlərindən birinə çevrilir.
Tutaq ki, sən TQDK-nın sonucları və digər nəticələrlə öz təhsilini özün qiymətləndirdin. Bəs tərəfsiz kənar qiymətləndirmə necə olsun? Bəs beynəlxalq müqayisə, ölkənin dünyadakı yerini görmək necə olsun?
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 15 yaşlı məktəblilərin bilik səviyyəsi ilə ölçmə, qiymətləndirmə, müqayisə və yarış aparan PİSA test platforması bunun üçündür.
2012-ci ildə Azərbaycan iki dəfə qatıldığı bu platformadan qaçdı. Məhz qaçdı. Hər şey üzə çıxırdı, aydınlaşırdı deyə, bəhanə edib, aradan çıxdılar. Güzgüdə özlərini necə var gördülər. Bizə atdılar.
Azərbaycan hələ qayıtmayıb bu proqrama.Yarış yaxşıdırsa, bu yarışdan niyə kənar qaçmışıq?!
Oxunub: 774