Sevindirici haldır ki, keçmiş idmançımız Ramil Quliyev dünya çempionu oldu”.
Bunu mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Sevindirici haldır ki, bizim keçmiş idmançımız Ramil Quliyev dünya çempionu oldu. Bu, böyük hadisədir. Hamımız onu təbrik etdik. Finaldan öncə nəticələri araşdırıb proqnoz edəndə Ramilin medal qazanmaq şansı olduğunu gördük. Biz Türkiyə Atletika Federasiyası ilə danışdıq və ortaq qərar verdik ki, Ramil çempion olsa, hər iki ölkənin bayrağını qaldırsın. Stadionda hər dəfə elan olunurdu ki, azərbaycanlı idmançı Ramil Quliyev qaçır. Dünya Atletika Federasiyasının prezidenti də birinci olaraq Azərbaycanı təbrik etdi”.
Oxunub: 334