2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən minik avtomobillərinin istehsalı 72% azalıb.
2017-ci ilin birinci yarısında cəmi 21 ədəd avtomobil istehsal edilmişdi. Beləliklə, İyulda cəmi 9 ədəd minik avtomobili istehsal olunub.
01.08.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 133 ədəd təşkil edib. 01.07.2017-ci il vəziyyətinə 126 ədəd hazır məhsul ehtiyatı mövcud idi.
Qeyd edək ki, Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı “Naxçıvan Avtomobil Zavodu”dur.
Oxunub: 110