Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start verilib.
Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn “Qarabağ” öz meydanında “Kopenhagen”i sınağa çəkib.
Daha bir tarixi uğura imza atıb ÇL-in qrupuna yüksəlməyi planlaşdıran Ağdam klubu Danimarka çempionunu 1:0 hesabı ilə məğlub edərək sərfəli nəticə qazanıb.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək.
“Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka) – 1:0
Qol: Mahir Mədətov, 25
Oxunub: 322