Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən posesdə təqsirləndirilən S.Məmmədovun vəkili Cavid Rzazadənin məhkəməyə gəlmədiyi elan olunub.
Məhkəmə saat 14:00-dək fasilə elan edib.
Bu gün prokurorun A.Çovdarov və digərlərinə cəza istəməsi gözlənilir.
Azadliq.info
Oxunub: 76