Hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ 2107” və “Mercedes” markalı iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə ağır xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ölən şəxslərin “VAZ”-ın sürücüsü və sərnişini olduğu bildirilir. Yaralılardan ikisinin vəziyyəti ağırdır, onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
İlkin məlumata görə, iribuynuzlu heyvanın yola qəfil çıxması səbəbindən “Mercedes”in sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil heyvanı vurub öldürüb, daha sonra “VAZ”a çırpılıb. Qəza nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. Ölən şəxslərin “VAZ”-ın sürücüsü və sərnişini olduğu bildirilir.
Ölənlər Lənkəranın İstisu kənd sakinləri – “VAZ 2107”nin sürücüsü Kamran Xudiyev və sərnişini, 1972-ci il təvəllüdlü Səbirə İmran qızı Əlimirzəyevadır. Qəza zamanı xəsarət alan 5-ci şəxs isə Facir Mahir oğludur. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Azadliq.info
Oxunub: 170