Binəqədi-Novxanı avtomobil yolunun 11 –ci kilometrində çökmə hadisəsi qeydə alınıb.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, çökmə yolun təqribən 3-4 metr enində olan hissəni əhatə edir. Yolun çökən hissəsinin dərinliyi 5-6 santimetrdir.
Çökməyə səbəb yolun əsaslı şəkildə yenidən qurulmasından öncə aidiyyəti qurum tərəfindən çəkilmiş yeni su borusunun partlamasıdır. Nəticədə su yol yatağını yuyaraq yol əsasının çökməsinə gətirib çıxarıb. Çökmə hadisəsi nəticəsində avtomobil yolunun çiyin hissəsi də tamamilə sıradan çıxıb.
Oxunub: 478