Milli Məclisin İntizam komissiyasının sədri, deputat Ağacan Abıyev açıqlamasında deyib ki, Astan Şahverdiyevə yenə qulaqburması veriləcək.
“Astan Şahverdiyevlə bağlı şikayətlərə baxıldıqdan sonra müvafiq qərar qəbul olunacaq. Əgər şikayətlər olsa, yəqin ki, Astan Şahverdiyevə yenə qulaqburması veriləcək. Ancaq hələlik məlum deyil ki, onunla bağlı hansı şikayətlər var. Bu məsələ obyektiv araşdırılandan sonra müvafiq addımlar atılacaq”-deyə, ölkə.az-a açıqlamasında Abıyev bildirib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Astan Şahverdiyev də Modern.az-açıqlama verib.
O, açıqlamasında Abıyevin fikirlərinə belə reaksiya verib: “Düzü bu barədə danışmaq istəmirəm. Parlamentin iclasları başlasın, mən o zaman özümü müdafiə edəcəyəmm. Yoxsa mətbuat vasitəsilə özümü müdafiə etmək istəmirəm. Ona görə də münasibət bildirmirəm. Hər kəsin sifətini gördüm”.
Oxunub: 508