Sərhədsiz Reportyorlar təşkilatı Turan informasiya agentliyinin direktoru Mehman Əliyevin “qondarma vergidən yayınma” ittihamları ilə həbs edilməsini pisləyir. Bu barədə bəyanat yaymış təşkilat Əliyevin həbsini rejimin müstəqil media orqanına qarşı “təqib kampaniyasının eskalasiyası” kimi qiymətləndirib.
Təşkilat Mehman Əliyevə qarşı basqıların ayın əvvəlində başlandığını bildirib. “Vergidən yayınma və səlahiyyətlədən sui-istifadə etmə” ittihamları ona qarşı irəli sürülməzdən öncə Əliyev Vergilər Nazirliyinə çağrılmış və dindirilmişdi.
Hökumət ona görə Turana təzyiqləri gücləndirir ki, onlar bu qurumu özləri ilə əməkdaşlığa məcbur edə bilməyiblər.
Məhkəmə növbəti 48 saat ərzində Mehman Əliyev haqda həbs qətimakn tədrbinin sseçilməsi yaxud onun sərbəst buraxılması haqda qərar qəbul etməlidir.
“Hökumət ona görə Turana təzyiqləri gücləndirir ki, onlar bu qurumu özləri ilə əməkdaşlığa məcbur edə bilməyiblər,” Yohann Bihr, Sərhədsiz reportyorların Şərqi Avropa və orta Asiya bölməsinin rəhbəri deyib.
“Mehman Əliyev Azərbaycanda jurnalizmin pionerlərindən biridir. Onun yeganə cinayəti ölkənin sonuncu müstəqil media orqanına rəhbərlik etməsidir. Biz onun dərhal azad edilməsini və Turana qarşı bütün ittihamların geri götürülməsini tələb edirik.”
7 avqustda başlanmış cinayət işində iddia olunur ki, Turan son bir neçə ildə qazandığı gəlirlərin məbləğini gizlədib. Sərhədsiz Reportyorlar istintaq işini xəbər agentliyinə qarşı yönəlmiş təqib əməli kimi pisləyib.
Oxunub: 350