Milyonlarla kasıb ailənin övladı üçün ali təhsil almağa tək ümid test üsuludur. Bütün dövlət idarələrinin rüşvətə bulaşdığı ölkədə insanın müdaxiləsini minimuma endirən test üsulu hələ də tək çarə olaraq qalır. Razıyam ki, test üsulu heç də ideal deyil, xeyli çatışmazlıqları var. İndi tətbiq edilən testlər analitik və tənqidi düşüncəni deyil, əzbərçiliyi təşviq edir. Onu daha da təkmilləşdirmək olar, hətta lazımdır. Ancaq onu yenə də əli təmiz adamlar edə bilər. 1992-ci ildə olduğu kimi. Hazırkı rüşvətxorların zamanında adını nə qoyursunuzsa qoyun, testi ləğv etmək qoyunu qurda tapşırmaqdan başqa bir şey deyil. Necə izah etməklərindən asılı olmayaraq, ali məktəblərə testdən yan keçməklə qəbula qayıdışın məqsədi yeni rüşvət imkanları yaratmaqdır. Aldanmayaq, biganə olmayaq, hamılıqla etiraz edək!
Oxunub: 704