İnkişaf etmiş ölkələrin G7 qrupu? Britaniya xarici işlər naziri Boris Johnson-un təbirincə deyilərsə, Rusiyanın “bəd əməllərini” araşdıracaq işçi qrupun yaradılması barədə qərar qəbul edib.
Johnson aprelin 23-də bildirib ki, G7 “Rusiyanın bəd rəftarına onun kibermüharibə, dezinformasiya, sui-qəsd cəhdləri və bütün digər formalarında” diqqət yetirəcək və bu hallara kollektiv reaksiya göstəriləcək.
O bu barədə məlumatı Kanadanın Torionto şəhərində jurnalistlərə verib. Burada G7 ölkələri xarici işlər nazirlərinin ikigünlük danışqıları keçirilirdi.
Görüşün gündəliyinə İranla nüvə sazişi, Suriya müharibəsi və Şimali Koreya ilə qarşıdurma məsələləri də daxil idi.
İnkişaf etmiş ölkələrin G7 və ya Böyük yeddilər qrupunda ABŞ, Britaniya, Kanada, Almaniya, Fransa, İtaliya və Yaponiya təmsil olunurlar.
Moskva və Qərb arasında münasibətlər son illərdə Rusiyanın Ukraynadakı təcavüzü, Suriya prezidenti Bashar al-Assad-a dəstək verməsi və Qərb ölkələrinin seçkilərinə müdaxiləsinə görə gərginləşib.
Ötən ay İngiltərədə keçmiş Rusiya casusu və onun qızının zəhərlənməsinə görə də London Moskvanı ittiham edir.
Kanadanın xarici işlər naziri Chrystia Freeland bağlanış mətbuat konfransında deyib ki, Rusiyanın qeyri-məqbul davranışı Qərbin ortaq narahatlıq predmetidir.
Freeland habelə deyib ki, G7 ölkələri “beynəlxalq qanunların davamlı pozulmasına kollektiv reaksiya” məsələsində həmrəydirlər:
“Rusiya şübhə və qar;şıqlıq toxumu səpməkdə, saxta xəbərlər yaymaqda və su bulandırmaqdainanılmaz şəkildə mahirdir”.
ABŞ-ın dövlət katibi əvəzi John Sullivan Suriyadan danışarkən deyib ki, “Rusiya Suriyada ya konstruktiv partnyor, ya da cavabdeh olmalıdır”.
Almaniyanın xarici işlər naziri Heiko Maas bildirib ki, “Suriyadakı vəziyyətin Rusiyasız çözümü yoxdur” və “Moskva bu problemin həllinə töhfə verməldir”.