Sadəlövhcəsinə İlham Əliyevdən hələ də islahat gözləyənlər sakitləşsin artıq. Köməkçisi, çox vaxt qeyri-adekvat açıqlamaları ilə gündəmə gələn, iqtisadiyyat haqda heç bir təsəvvürü olmayan Novruz Məmmədovu baş nazir təyin etməklə İlham Əliyev növbəti dəfə sübut etdi ki, ona islahat, inkişaf, yeniləşmə yox, kürsüsünün təhlükəsizliyi lazımdır. İlham Əliyev zəif və bacarıqsız adamları ona görə ətrafına toplayır ki, əvvəla, belə adamlardan hakimiyyətinə təhlükə görmür, ikincisi, onların yanında özünü xeyli bacarıqlı hiss edir. Deyirdik axı, avtoritar hakimiyyət kökündən dəyişməlidir ki, millətin önü açılsın.