Həbsdə olan, AXCP sədrinin müavini Gözəl Bayramlı son zamanlar AXCP- yə qarşı baş verən repressiyalara münasibət bildirib:
“Son bir ayda AXCP-yə qarşı güclənən repressiyaları qəti şəkildə pisləyirəm. Hər kəsə məlumdur ki, əqidəli dostlarımızın həbsi də mənim həbsim kimi sifarişdir. Hakimiyyət bu ölkə üçün canını qoyan, qanını axıdan Saleh bəy, Babək bəy kimi Qarabağ qazilərinə, Aqil, Ruslan, Orxan, Vidadi kimi ləyaqətli gənclərə divan tutmaqda böyük yanlışa yol verir. Bu amansız rəftarla insanları qorxutmaq əvəzinə, özünüzə qarşı nifrəti birə min artırırsınız. Dayanın, XXI əsrdə bu təfəkkürlə uzağa gedə bilməzsiniz. Nə etsəniz də, Azərbaycan insanının azad cəmiyyət qurmaq inadının qarşısını ala bilməyəcəksiniz və AXCP, sözsüz ki, yenə bu mübarizənin önündə olacaq. Bütün dostlara salamlar, gözəl günlər yaxındadır, yola davam!”