Azərbaycan hökuməti 4 NİDA-çının hər birinə 20 min avro ödəməlidir
“Avropa Məhkəmə NİDA Vətəndaş Hərəkatı İdarə Heyətinin keçmiş üzvləri barəsində qərarını elan edib”. Bunu facebook statusunda vəkil Fariz Namazlı yazıb.
Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədli və Rəşadət Axundovun Konvensiyanın 5.1 (şəxsi azadlıq hüququ) və 18 (siyasi məqsədlərə görə hüquqların məhdudlaşdırılması) maddələrinin pozuntusu tanınıb, hər birinə mənəvi zərərə görə 20.000 avro, məhkəmə məsrəflərinə görə 3000-5000 avro kompensasiya ödənilməsinə dair qərar verilib.
azadliq.info