“Nardaran işi” üzrə təqsirləndirilən Elxan İsgəndərov və Əbülfəz Bünyatovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Təqsirləndirilən və hazırda ev dustaqlığında olan Əbülfəz Bünyatov Bakı Ağır Cinayətlər Məhkəməsinə təcili yardım vasitəsilə xərəkdə gətirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Elxan İsgəndərov 14 il, Əbülfəz Bünyatov 15 il müddətinə (ilk 3 ilini Qobustan qapalı həbsxanasında çəkməklə) azadlıqdan məhrum edilib. Əbülfəz Bünyatov barəsində olan polis nəzarətində qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs olunaraq, Qobustan həbsxanasına aparılıb. Onu həbsxanaya xərəkdə aparıblar.