Fransanın məşhur “Liberation” qəzetində İlham Əliyevin Parisə səfəri ərəfəsində Azərbaycanda repressiyaların tüğyan etməsi barədə məqalə dərc olunub.
Kerolayn Vinenin məqaləsinin tərcüməsini təqdim edirik.
AB Azərbaycan münasibətlərində gözə çarpan başlıca məsələ İlham Əliyevin cinayətlərinə Birliyin göz yummasıdır.
Azərbaycan AB münasibətləri çox mürəkkəbdir. Azərbaycan hakimiyyəti ölkədə sərt repressiya aparır, insan hüquq və azadlıqları kobudcasına tapdalanır. Hazırda AB Azərbaycanla qazın Avropaya daşınması ilə bağlı ciddi iş aparır. Lahiyənin reallaşması Avropanın Rusiyadan qaz asılılığını müəyyən qədər azaldacaq. Azərbaycan hakimiyyəti bu lahiyədən ölkədə apardığı represiyya siyasətinə Avropanın az diqqət göstərməsini təmin etmək üçün istifadə edir. Bu yaxınlarda Avropa Parlamenti AB ilə Azərbaycan arasında bağlanmalı olan sazişlə əlaqədar şərtlər irəli sürüb. Avropa Parlamenti bu sənədlə Azərbaycan hakimiyyətindən korrupsiyaya, qanunsuz həbslərə, işgəncələrə son qoymağı tələb edir. İlham Əliyev hökumətinin apardığı repressiya siyasəti bu tələblərin yerinə yetiriləcəyinə çox böyük şübhələr yaradır. Məsələn, Avropa İnsan Hüquqları Məhkəməsinin iki qərarının olmasına baxmayaraq, İlqar Məmmədov hələ də həbsdədir.
Sülh və Demokratiya İnstitunun rəhbəri Leyla Yunus deyir ki, AB Azərbaycanda insan hüquqlarının qorunması məsələsində çox zəifdir. “Azərbaycan hakimiyyəti birliyin tələblərini yerinə yetirməkdən boyun qaçırır. Buna görə də siyasi məhbuslar həbsdə saxlanılır.”
Bizimlə söhbətində Leyla Yunus AŞ İnsan Hüquqları Komissarına bu yaxınlarda üzə çıxmış işgəncə faktları haqqında yazdığı məktubdan danışır. Leyla Yunus məktubunda bildirib ki, bu yaxınlarda ölkənin böyük şəhərlərindən biri olan Gəncənin rəhbərinə güllə atılmış şəxsin üzündə dəhşətli işgəncə izləri görünən şəkli yayılmışdır. “Şəhər sakinləri ilə çox pis rəftarına görə tanınmış icra başcısı silahlı vətəndaşın hücumuna məruz qaldı”. Bu fikri Azərbaycanda peyk vasitəsi ilə verilişlərini yayan TuranTV-nin əməkdaşı Türkel Azərtürk deyir. O, daha sonra qeyd edir ki, ilk dəfəydi ictimaiyyətin əlinə həbsdə olan şəxsə dəhşətli işgəncələrin verilməsini əks etdirən şəkil düşürdü. Leyla Yunusun fikrincə, Avropa belə faktlarla bağlı sərt mövqe bildirmir…
Son illərdə Azərbaycanda repressiyaların güclənməsinə baxmayaraq Avropa Azərbaycanla kommersiya işlərini davam etdirir. BP-nin xüsusi rol oynadığı bu işlərə Avropa İnvestisya Bankı 1.5 milyard avro pul ayırıb. 2018-ci ilin aprelində AŞPA Azərbaycan hakimiyyətinin bu təşkilatdakı korrupsiyası ilə bağlı sənəd qəbul edib. Bütün bunlara baxmayaraq, Avropa Azərbaycanla qaz lahiyəsinin sürətlə reallaşdırılması ilə məşğuldur.