“Qarabağ” “Arsenal”la Bakıda oktyabrın 4-də görüşəcək
Fransanın Monako şəhərində Avropa Liqasının 2018-2019 illər mövsümü üçün qrup mərhələsinin püşkü atılıb.
Ağdamın “Qarabağ” klubu püşkatmanın nəticələrinə görə, qrup mərhələsində İngiltərənin “Arsenal”, Portuqaliyanın “Sportinq” və Ukraynanın “Vorskla” komandaları ilə oynayacaq. Qrup mərhələsinin oyunları sentyabrdan başlayacaq.
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə düşdüyünə görə UEFA-dan 2 milyon 900 min avro alacaq.
Bundan başqa, qrup mərhələsində hər qələbəyə görə komanda 570 min avro, heç-heçəyə görə 190 min avro qazana bilər.
Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkatma mərasimində Bakı finalının loqosu da tamaşaçılara təqdim olunub. Loqoda paytaxtımızın köhnə və yeni memarlıq nümunələrindən bəzilərinin şəkli var.
“Qarabağ”ın düşdüyü E qrupunda oyunların təqvimi bəlli olub:
20 sentyabr
“Sportinq” – “Qarabağ”
“Arsenal” – “Vorskla”
4 oktyabr
“Vorskla” – “Sportinq”
“Qarabağ” – “Arsenal”
25 oktyabr
“Qarabağ” – “Vorskla”
“Sportinq” – “Arsenal”
8 noyabr
“Vorskla” – “Qarabağ”
“Arsenal” – “Sportinq”
29 noyabr
“Qarabağ” – “Sportinq”
“Vorskla” – “Arsenal”
13 dekabr
“Sportinq” – “Vorskla”
“Arsenal” – “Qarabağ”