Robert Köçəryan və Serj Sarqsyan xalqa qarşı törətdikləri cinayətlərə görə məhkəmə qarşısında dayanmalıdırlar. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 11-də Yerevanda keçirilən mitinqdə bildirib.
“Mən bütün həbslərə görə şəxsi məsuliyyət daşıyıram. Robert Köçəryan və Serj Sarqsyandan fərqli olaraq, hüquq-mühafizə orqanlarının arxasında saxlanmıran, xalqın mənə verdiyi mandata arxalanıram”, – o deyib.
N.Paşinyan 2008-ci il fevralın 23-də fövqəladə vəziyyətin elan edilməsilə bağlı ikinci prezident R.Köçəryanın niyyəti barədə faktların olduğunu bildirib. “O, Ermənistana daxil etdiyi qoşunları Qarabağ cəbhəsindən çıxarıb, bununla da ön xətti müdafiəsiz qoyub. Bu, sübuta yetirilib. Əgər o, cinayətkar və Vətən xaini deyilsə, bəs kimdir? Qoşuna əmr verilib ki, Yerevanın Leo küçəsindəki binaların pəncərlərinə atəş açsın. Hökumət binasında oliqarxların cangüdənlərinə təxribat təşkil etmək, həmçinin 2008-ci il martın 1-də qırğın törətmək üçün xüsusi geyim verilib.
R.Köçəryan və S.Sarqsyan ordunu öz muzdlu dəstələrinə çeviriblər və törətdikləri cinayətlərə görə cəza almalıdırlar. Ölkəni taladıqlarına görə məhkəmə qarşısında dayanmalıdırlar.
S.Sarqsyanın qardaşı Saşik Sarqsyanın banklardakı şəxsi hesabında $30 mln. aşkar edilib. O mənimsədiyi pulu son qəpiyinə kimi dövlət büdcəsinə qaytarmalıdır.
R.Köçəryan ölkənin ən zəngin adamlarından biridir. Şəhərin ən dəbdəbəli otellərindən biri onun oğluna və qızına məxsusdur. Onlar ölkəni taladıqlarına görə cavab verəcəklər.
“Robert Köçəryanın ailəsinin milyardları var. “Konqres” mehmanxanası Köçəryanın oğluna və qızına məxsusdur. Mehmanxananın bir neçə milyon qiyməti var”, – o qeyd edib. N.Paşinyan “oğurlanmış pulları toplayıb könüllü xalqa qaytarmağa” çağırıb. Belə olduğu halda, onların bağışlanıb-bağışlanmaması məsələsinn “meydanda xalq ilə müzakirə olunacağını” vəd edib. “Əgər bunu etməsəniz, böyük problemləriniz olacaq, sizə heç kim kömək etməyəcək.Dünyada sizə kömək edəcək qüvvə yoxdur. Mən öz xalqımın naminə həyatımdan da keçərəm və bu işin sonunadək gedəcəm”, – o bəyan edib.
Həmin gün baş nazir Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasını çağırıb. İclasda hərbi (fövqəladə) vəziyyətin tətbiqi edilməsi şəraitində dövlət qurumlarının hərəkət ssenarisini müzakirə edib.
“MTŞ, polisə göstəriş vermişəm ki, ən qısa zamanda bu xəyanətin təşkilatçılarını aşkar edərək ən ciddi məsuliyyətə cəlb etsinlər. Qanunsuz silahı olan bütün qruplaşmalar tərksilah ediləcək. Polisə və MTŞ-yə bu andan reydlərə başlamağı, oliqarxların və yüksək vəzifəli məmurların cangüdənlərini silahsızlaşdırmağı tapşırıram”, -N.Paşinyan bildirib.
R.Köçəryan ittihamlara dərhal reaksiya verib. O deyib ki, Təhlükəsizlik Xidmətinin və Ermənistan İstintaq Komitəsinin rəhbərinin açıqlanmış telefon danışıqı sübut edir ki, R.köçəryanın təqib edilməsi sifarişli xarakter daşıyır. (turan)