Bu gün (19 sentyabr) gecə saatlarında bəlli oldu ki, Tbilisi polisi bu ölkəyə sığınmış azərbaycanlı jurnalist Azər Kazımzadəni qeyri- müəyyən səbəblərə görə saxlayıb. Onun Azərbaycana deportasiya edilmək təhlükəsi var. A. Kazımzadə Azərbaycanda təqib edilən bloqerlərdən biridir və bir ildən artıqdır ki, Gürcüstanda yaşayırdı.
Polis İdarəsinə sorğulama əsnasında polisdən bir zəng üçün icazə alan Azər Kazımzadə “Azadlığ”ın baş redaktoru Qənimət Zahidə zəng vurdu, saxlanılmasının səbəbini bilmədiyini dedi.
Azər Kazımzadə son zamanlar “Düşün TV” adlı sosial medya yaradaraq youtube -da davamlı proqramlar yayır.