Versal Apelyasiya Məhkəməsi ötən ilin sentyabrında İlham Əliyevin “diktator” adlandırılması ilə bağlı qəbul olunmuş qərarı əsaslı hesab edib. Apelyasiya məhkəməsi də hər hansı dövlətin belə iddia ilə çıxış etməsini hüquqi baxımdan qəbuledilməz adlandırıb.
Xatırlatmaq vacibdir ki, 2015-ci ilin sentyabrında Fransanın TF 2 kanalı Azərbaycan haqqında xüsusi veriliş yayımlamışdı.Verilişin aparıcısı jurnalist Elizabet Luse idi. “Nəqd pulların araşdırılması” adlı bu verilişdə İlham Əliyev diktator adlandırılmışdı. Hadisədən bir müddət sonra bu telekanal Azərbaycan dövləti adından məhkəməyə verilmişdi. 2017-ci ilin sentyabrında məhkəmə prosesi keçirilmiş, məsələ üzrə qərarın elan edilməsi noyabr ayına təyin edilmişdi. Məhkəmə müəyyən olunmuş vaxtda qərarını elan etdi. Qərarda dövlətin bu predmet üzrə iddia hüququnun əsassız olduğu bildirildi. Beləliklə, İlham Əliyev məhkəməni uduzdu. Onun telekanalı Fransa məhkəməsi vasitəsilə cəzalandırmaq istəyi baş tutmadı. Fransa məhkəməsi İlham Əliyevə diktator adını üstündən atmasına imkan vermədi.
Apelyasiya Məhkəməsinin qərarı haqqında məlumatı məşhur Le Monde qəzeti yayıb.