İranın Əhvaz şəhərində hərbi parad zamanı silahlı şəxslər tərəfindən açılan atəş 29 nəfərin ölümünə bais olub. Ən azı 50 nəfər yaralanıb, bu barədə Mehr news agentliyi xəbər verir.
Məlumatlara görə, hərbi formalı basqınçılar hücumu yaxınlıqdakı parkın ərazisindən həyata keçiriblər.
Əhvaz şəhəri İranın cənub-şərqində yerləşir.
Dövlət mediası hücumda islamçı silahlıları ittiham edir.
1980-1988-ci illərdə baş vermiş İran-İraq müharibəsinin ildönümü münasibətilə İranın bir neçə şəhərində hərbi paradlar keçirilir.
Fars agentliyinə əsasən basqınçılar mülkilərə atəş açıb və paradı qəbul edən zabitlərin üzərinə hücuma keçməyə cəhd göstəriblər.
Hücum edənlərdən ikisi təhlükəsizlik qüvvələrinin cavab atəşi öldürülüb və daha iki nəfər həbs olunub, yerli qubernatorun müavini Əli Hüseyn Hüseynzadə deyib.
Bəzi məlumatlarda hücum nəticəsində 29 iranlı hərbçinin həlak olduğu bildirilir. Xəsarət alanlar arasında bir uşaq var.
Həmlənin yerli vaxtla səhər 09:00 baş verdiyi bildirilir.
10 dəqiqə davam edən hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.
Dövlət mediası və rəsmilər hücumda sünni silahlıları və ərəb millətçilərini ittiham edir.