Ziya Məmmədov və Eldar Mahmudovun Quba rayonunda davamçıları kimdir?
Quba rayonu Amsar kənd sakini Ağammədov Əjdər yerli icra hakimiyyəti, bələdiyyə və hüquq mühafizə orqanlarının fəaliyyətindən şikayətçidir. O, uzun illər Rusiya Federasiyasının ədliyyə sistemində çalışıb. 1991-ci ildən Azərbaycana qayıdaraq daxili qoşunlarda xidmətini davam etdirib. Füzuli rayonun müdafiəsində iştirak edib. 1994-cü ildə Cocuk Mərcanlının düşməndən azad olunmasında onun da xitmətlərinin olduğunu bildirir.
Ağammədov Əjdər xidmət yaşına görə təqaüdə çıxdıqdan sonra fərdi təsərrüfat işləri ilə məşğul olub. Anasına əmlak payı kimi verilmiş fermanı və evini girov qoyaraq kredit götürüb, heyvandarlıqla məşğul olub. Təsərrüfatını inkişaf etdirmək üçün ayrı-ayrı şəxslərdən 10 hektardan artıq torpaq sahəsi alıb. 2011-ci ildə Quba rayon Torpaq Şöbəsinin müdiri Allaverdi Xudaverdiyev onun torpaq sahəsi daxil olan ərazidə dövlət əhəmiyyətli obyekt tikiləcəyinə görə ( dövlət əhəmiyyətli obyekt o zamanlar Ziya Məmmədovun ailəsinə məxsus ZQAN holdinqə daxil olan “Rixos otel” olub, indi isə “Quba Palas” adlanır (azaadliq.info) həmin ərazinin hər sotu üçün 350 dollar ödəlicəyini bildirilib. Ağammədov Əjdər torpaq sahəsinin sənədlərini İcra Hakimiyyətinə təqdim etsə də söz verildiyi məbləği ala bilməyib. Müəyyən şikayətlər etdikdikdən sonra onu keçmiş Milli Təhlükəsizlik Nazirliyinə çağrılıb. MTN binasında onu Akif Çovdarov qəbul edib. Ona dövlət orqanları nümayəndələrinə müqavimət göstərdiyi deyilib. Ağammədov Əjdər başına gələnləri danışdıqdan sonra ona bildirilib ki, 3 günə məsələ həll olunacaq. 3 gündən sonra əvvəllər baş vermiş münaqişəyə görə istintaqa cəlb olunub (Şikayətçinin bildirdiyinə görə həmin münaqişə sülh yolu ilə həll olunub və tərəflərin bir-birindən şikayətçi olmamaları barədə izahatları olub) və barəsində cinayət məcələəsinin 315.2 maddəsi ilə barəsində məhkəmə hökmü çıxarılaraq həbs olunub. MTN işi ilə bağlı qalmaqaldan sonra Ə. Ağammədov əvf üçün müraciət edib və azadlığa buraxılıb.
Sonradan yenidən öz hüquqları uğrunda mübarizəsini davam etdirib. Bu zaman ona qarşı digər qanunsuzluqların da baş verilməsi üzə çıxıb. Belə ki, Ağammədova fərdi ev tikmək üçün verilən 15 sot torpağın Amsar bələdiyyə sədri tərəfindən Bakı sakininə satılması məlum olub. Anasına əmlak payı kimi verilən fermanın başqasının adına özəlləşdirilməsi faktı da üzə çıxıb. Bu hallar barədə Daxili İşlər və Prokurorluq orqanalrına müraciət etsə də nəticəsiz qalıb.
Sentyabrın 21-də Baş Prokuror Zakir Qaralov Quba rayonunda vətəndaşları qəbul edən zaman Əjdər Ağammədov da qəbiula düşə bilib. Başına gətirilən hadisələr barədə baş prokurora məlumat verib. Ona və hüquqi nümayəndəsinə məsələnin hüquq müstəvisində həll ediləcəyi söz verilib.
Ağammədov Əjdərin bu barədə azadliq.info-ya da danışıb. Onun başına gələnlər baradə dediklərini təqdim edirik.
Yazı və videoda adı çəkilən şəxslərin mövqe bildirmək hüququ tanınır.
azadliq.info