Həbsxanada yenidən şərlənərək barəsində cinayət işi açılmasına etiraz olaraq artıq 11-ci gündür aclıqaksiyası keçirən məsinəloqçu Mehman Hüseynova dəstək məqsədilə yanvarın 6-da Bakıda bir qrup gənc aksiya keçirib. Polis və mülki geyimlilər dərhal aksiyaya müdaxilə edib və iştirakçıları saxlayıb. Aksiyanın təşkilatçısı Mete Türksoy və 10 nəfərə yaxın başqa iştirakı polis maşınlarına oturdularaq ərazidən uzaqlaşdırılıb. Sonradan bəlli olub ki, onları Yasamal rayon 28-ci polis bölməsinə aparıblar. Aksiya Bakı Apelyasiya Məhkəməsinin qarşısında keçirilib.