Müsəlman Birliyi Hərakatının sədri Tale Bağırzadə həbsdə olan AXCP sədrinin müavini, vicdan məhbusu Fuad Qəhrəmanlını ad günü münasibətilə təbrik edib. Təbrikdə deyilir : “Hörmətli
Fuad Qəhrəmanlını doğum günü münasibətilə təbrik edirəm. Təəssüf ki, Fuad bəy bu günü öz yaxınları ilə keçirə bilmir. Buna səbəb isə, onun ədalətsiz sistemi tənqid edən yazısına görə, şərlənərək həbs edilməsidir. Fuad bəy sadəcə ailəsi üçün deyil, ölkəmiz üçün də çox dəyərli şəxsdir. O, qorxmaz, iradəli, dəyanətli, ölkəsini və xalqını sevən, azad, sabit və əmniyyətli cəmiyyət naminə fədəkarlıq edən ictimai-siyasi xadimdir. Belə bir insanı iftira, böhtan dolu iddialarla cəmiyyətdən təcrid edib, dəmir barmaqlıqlar arxasında saxlayan hakimiyyət nümayəndələri öz gerçək mahiyyətlərini ortaya qoyublar. Amma onların qarşısında bir an belə öz mübarizəsindən büdrəməyən Fuad Qəhrəmanlı məğrur duruşu ilə mənəvi qalibiyyətə nail olub. Ona görə də, mən Fuad bəyi həm adgünü münasibətilə, həm də bu şəxsi keyfiyyətinə görə bir daha təbrik edirəm və mənəvi azadlıqla yanaşı, inşallah tezliklə cismani azadlıq da arzulayıram.”