AXCP sədrinin müavini, vicdan məhbusu Fuad Qəhrəmanlı 19 yanvar mitinqinin nəticələri barədə fikirlərini saytımıza göndərib.
19 yanvar mitinqinin siyasi nəticələri
19 yanvar mitinqi bütün gözləntiləri üstələyərək 2005-ci ildən bu günə qədər keçirilmiş aksiyalrın ən kütləvisi oldu. Belə kəskin sıçrayışlı kəmiyyət artımı cəmiyyətdə artan sosial-siyasi narazılığın miqyasını üzə çıxarmaqla yanaşı, həm də siyasi mübarizə prosesində yeni bir mərhlənin başlamaqda olduğunu göstərir. Başlamaqda olan bu yeni mərhələnin əsas xüsusiyyətləri hakimiyyətin qorxu və çeşidli çəkindirmə vasitələri ilə siyasi proseslərdən kənarda saxladığı, laqeyd müşahidəçiyə çevrilmiş cəmiyyətin adaptasiya olunduğu mühitə ənəvi yanaşmasını dəyişərək siyasətin subyektinə çevrilmək əzmini göstərməsidir.
Heç şübhəsiz ki, mitinqin əhəmiyyət kəsb edən kütləviliyinə Mehman Hüseynovun aclıq aksiyasına kəskin və geniş reaksiya verən Qərbin birmənalı mövqeyi ciddi təsir göstərdi. Bundan əvvəlsə Gürcüstandan sonra Ermənistanda demokratik dəyişikliklərin olması cəmiyyətdə formalaşan “mübarizənin xeyri yoxdur” fikrinə ciddi zərbə vurdu və yeni ümid toxumları səpdi. İnsanlar gördü ki, postsovet məkanında zorakılığın və avtoritarizmin əsas hamisinə çevrlmiş Putin Rusyasının təsiri altında olan Ermənistanda xalqın meydana çıxması Rusiya faktoruna baxmayaraq dəyişikliyə səbəb olursa, deməli, eyni şey Azərbaycanda da mümkünüdür. İctimai rəydə belə bir fikir formalaşmağa başladı ki, Ermənistandan sonra növbə Azərbaycandadır.
Mehman Hüseynovun aclıq aksiyasına Qərbin yüksək səviyyədə reaksiya verərək, Avropa Parlamentinin məlum qətnamə ilə adekvat və sərt münasibət bildirməsi əslində, cəmiyyətin dəyişiklik arzusuna və ümidlərinə açıq dəstək effekti yaratdı. Avropa Parlamentində müzakirələrin gedişi və qətnamənin tələbləri İlham Əlyev hakimiyyətnin zorakılığı qarşısında özünü tək və zəif hiss edən cəmiyyətə mənəvi-siyasi dəstək təsiri yaradaraq avtoratirzmlə mübarizədə xalqın özünə inamını xeyli gücləndrmiş oldu. Bu da mitinqin kütləviliyində öz ifadəsini tapdı.
Eyni zamanda Qərb də o mesajı verdi ki, Azərbaycan cəmiyyətinin mübarizə potensialı bu ölkədə demokratik dəyişikliklərə davamlı və qətiyyətli şəkildə dəstək vermək imkanı yaradır.
19 yanvar mitinqinin ən mühüm nəticələrindən biri də hakimiyyətin 25 il ərzində avtoritarizmi insanların düşüncəsinə oturtmaq, cəmiyyəti hər cür qanunsuzluqla barışdırmaq, kütləvi etiraz əzmini öldürmək və demokratik müxalifəti repressiyalarla məhv etmək siyasətinin iflasa uğradığı hesab oluna bilər. Mitinqdən qabaq qorxu yaratmaqğa yönəlmiş təbliğat və tədbirlərə baxmayaraq, mitinqdə kəmiyyət artımının qarşısnı almaq mümkün olmadı. Bu da o deməkdir ki, 25 illik siyasət insanların kütləvi etiraz əzmini qıra bilməyib və bundan sonra da Qərbin kəskin etirazları qarşısında bu zorakı siyasəti davam etdirib, xalqı qorxutmağa, insanları susdurmağa ümid bəsləmək əbəsdir. Əksinə, cəmiyyətlə və demokratik dünya ilə uzlaşma, kompromislər axtarmaq əvəzinə naftalin iyi verən zorakılıq siaysətini davam etdirmək Qərbin və cəmiyyətin buna qarşılıq olaraq pressinqinin artmasını stimullaşdıracaq. Nəhayət, hakimiyyət anlamalıdır ki, artıq tək müxalifətə qarşı deyil, xalqa və dünyaya qarşı cəhbə almaq kimi perspektivsiz və xoş sonluğu olmayan bir siyasətdən əl çəkməyin zamanı çatıb. Belə görünür ki, hakim elita demokratikləşmənin təkçə müxalifətin tələbi, xalqın istəyi olmayıb, həm də geopolitik maraqların diktəsi, qloballaşma prosesinin vazkeçilməz zərurət olduğunu ya anlaya bilmir, ya da özünü zorakı siyasətinin girovuna çevirib, ənənəvi postulatlardan kənara çıxa bilmir.
19 yanvar mitinqi uzun illər repressiya siyasəti ilə müxalifəti sıradan çıxarmaq, cəmiyyətdən təcrid etmək, onun elektoral gücünü zəiflətmək cəhdlərinin də ciddi uğursuzluğa düçar olduğunu açıq göstərir.
Bu mitinq həm də müxalifətin güc mərkəzinin – Milli Şuranın ictimai rəydəki etimadını və demokratik siyasi mübarizənin lokomativi olmasını əyani olaraq ortaya qoydu. Milli Şuranın siyasi yetkinlik nümunəsi göstərərək hər hansı ayrı-seçkiliyə yol vermədən siyasi məhbus məsələsi ətrafında mitinqlər yolu ilə birgə mübarizə platforması təklif etməsi də iqtidarın müxalifət daxilində intriqa və təfriqələrdən yararlanma imkanalrının qarşısına sədd çəkir. Mitinqdə və ondan sonra aydın göründü ki, siyasi məhbusların azadlığı məsələsi bu gün siyasi qüvvələri vətəndaş cəmiyyətini və narazı xalqı birgə mübarziə platformasında birləşdirən ümumi məqsədə çevrilib və bu platformada iştirak etmək istəməyən olacaqsa, heç bir bəhanə ilə cəmiyyətin qınağından yayına bilməyəcək.
19 yanvar mitinqinin önəmli nəticələrindən biri də xalqın kütləvi aksyalar yolu ilə siyasi mübarizə prosesində iştiraka marağının, istəyinin üzə çıxmasıdır. Göründüyü kimi, cəmiyyət artıq siyasi məhbus məsələsinə yalnız müxalifətə aid problem kimi yanaşmır, qəbul edir ki, siyasi məhbusların azadlığı heç bir hüquq, insani dəyər tanımayan avtoritar rejimin zorakılığının, qəddarlığının qarşısını almaq deməkdir. Bu isə ölkəmizin dinc şəkildə demokratik dəyişikliklər yoluna qədəm qoyması üçün açar məsələdr. Ona görə də kütləvi aksiyalarda kəmiyyət artımı tempinin saxlanılması Qərb faktoru ilə yanaşı, daxildə hakimiyyətə qarşı kütləvi təzyiqin təmin olunması, iqtidarı öz zorakı siyasətindən əl çəkməyə vadar etmək üçün əsas təsir mexanizmidir.