İlahiyyatçının hava gəzintisindən, yuyunmaq hüququndan da məhrum olduğu bildirilir
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə ailə üzvlərilə telefonla danışarkən həbsxanada ona qarşı təzyiqlərin davam etdiyini bildirib.
Bu barədə Azadliq.info-ya danışan yaxınlarının sözlərinə görə, T.Bağırzadə ona qarşı səngiməyən təzyiqlərin xüsusi tapşırıq əsasında həyata keçirildiyini düşünür. Sifarişçilərin kimliyi barədə də ilahiyyatçının öz ehtimalları var. T.Bağırzadə hesab edir ki, onu təxribata çəkmək məqsədilə davam edən təzyiqlər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, prezidentin köməkçisi Əli Həsənov və Daxili işlər naziri Ramil Usubovun birgə sifarişin nəticəsidir.” Bu son hadisələr Əli Həsənovun,Ramin Usubovun və Ramiz Mehdiyev üçluyun təxribatidir.Istəyirler provakasiya yaratsinlar. Məqsədləri həbs etmək, oldurməkdir.Buradan onlara səslənirəm, əl cəksinlər.Hətta əlaclari olsa məni gəlib Qobustanda dar agacindan asarlar. Olanlar hamisi onlarin sifarişidir”
Ailə üzvlərinin sözlərinə görə, T.Bağırzadə son vaxtlar, hətta məhkumlar üçün nəzərdə tutulan gündəlik hava gəzintisindən, hamamda yuyunmaq hüququndan da məhrum olub.
Penitensiar Xidmət isə Qobustam həbsxanasında Taleh Bağırzadə və digər məhbuslara qarşı təzyiqlər, onlara işgəncə verilməsi barədə məlumatları təkzib edir.
Taleh Bağırzadə sonuncu dəfə 26 noyabr 2015-ci ildə Nardaran əməliyyatı zamanı həbs olunub. İlahiyyatçı 20 il azadlıqdan məhrum edilib.
T.Bağırzadə özünü təqsirli bilmir. O bildirir ki, Nardaran əməliyyatı da, orada insanların öldürülməsi, qəsəbənin blokadada, əhalinin qorxu altında saxlanması, özü də daxil olmaqla, 100-ə yaxın dindarın həbsi siyasi sifarişlə həyata keçirilib.
azadliq.info