Hikmət Nikbin
Bütün zamanlarda feodal münasibətləri üzərində formalaşan Respublikamızda Azərbaycan insanı hakimiyyətdə təmsil olunanlarla müqayisədə həmişə ikinci dərəcəli adamlar sırasında yer alıb.
Bu gün Azərbaycan xalqına qarşı diqqətsiz olan, sadəcə, ölkə insanlarını rəqəmlərdə təsəvvür edən ailə hakimiyyəti hiss edilir ki, artıq, qorxmağa başlayıb.
Artıq, Azərbaycan cəmiyyətinə qorxu dolu nəzərlərlə baxmaları cəfəngiyyat deyil, həqiqətdir.
Çünki, 26 il ərzində Ölkə insanına vəd etdilkərini verə bilmədiklərini çox gözəl bilirlər.
Daha Azərbaycan insanı da ailə hakimiyyətinə kiçik görünmək istəmir.
İdarəçiliyin Ona hörmətlə yanaşmasında israrlıdır.
Xalq Qanunları gizlədilmiş Ölkədə daha aşağılanmış vəziyyətdə yaşamaq istəmir.
Xalq ər-arvad-qohum-quda-qonşu-dost yığmasının idarəçiliyi tərk etməsi tələbində haqlıdır.
Axı, bu təsadüfi komanda nə vaxta qədər Azərbaycan xalqının adından qərar qəbul edəcək, yerinə danışacaq?
Axı, nə vaxta qədər özü özünü seçəcək, özü özünü təyin edəcək?
Ailə hakimiyyəti Azərbaycan cəmiyətinin hüquqi bərabərliyini qarşısına məqsəd qoymaqdansa, eləcə, ağa-nökər münasibətləri üzərində də cəmiyyəti saxlamış oldu.
Axı, Sovet imperiyası formaca sosialist olsa da, məzmunca yenilənmiş təhkimçilik münasibətləri üzərində qurulmuşdu.
26 il az vaxt deyildi.
Ölkəmiz bu vaxt ərzində köhnə idarəçilik qaydalarından qopa bilərdi.
Yeni bir dünya yaranardı.
Ailə hakimiyyətinin əsasını quran H. Əliyev əlinə düşmüş TARİXİ imkandan istifadə edə bilmədi.
Ölkəni keçən əsrin 60-70-ci illərindəki kimi idarə etdi.
H. Əliyev Xalq adını da üstünə götürdü, adını mənimsədi, özününküləşdirdi.
Heydər-Xalq!
Xalq Heydər!
Nəticədə cəmiyyət küncə sıxışdırıldı, adiləşdi, əhəmiyyətsizləşdi.
Hamının adından yalnız bir nəfər danışırdı.
O nəfərin adı Heydər-Xalq, Xalq Heydər idi.
H. Əliyevin Xalq adını götürməsini bayram edənlər vardı.
İ. Nəsiminin edam edilməsini bayram edənlər kimi.
H. Cavidin tutulmasını bayram edənlər kimi.
Bilirsiniz, biz Avropalılardan niyə çox geri qalırıq?
Çünki, biz təfəkkürünə görə yox, vəzifəsinə görə insanları mütləq dahi bilirik.
Çünki, Azərbaycan cəmiyyətində TƏFƏKKÜRə yox, KÜRSÜyə səcdə var.
Qanuna yox, KÜRSÜYƏ itaət var. (sovetdən gəlir)
Avropalılar isə, VƏTƏNDAŞlığı hər bir vəzifə, kürsü “sahib”indən üstün tutur.
Hər bir sadə insan hüquqi baxımdan prezidenti də öz boyunda görür.
Hələ də çox insan bilmir ki, ailə hakimiyyətinin oğurladığı Qanunlar QADAĞA üçün deyil.
İnsanların inkişafı üçündür, daha yaxşı yaşamaları üçündür!