Qubad İbadoğlu
Daxildə nizam-intizam pozulur, vahid mərkəzdən kordinasiya itir, nomenklatur qruplar yenidən bölünür
Son mitinq artıq qərarları geri oxutdurur, yazılanları pozdurur, planları təxirə salır
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə göstəriş verib. Nəzərə alın ki, “Azərbaycan İES” MMC-nin mühafizəsi Daxili İşlər Nazirliyinə həvalə olunub, Mingəçevir və Varvara Su Elektrik Stansiyalarının mühafizəsi isə Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir. İxtisarlar Mingəçevirdə baş verib və işçiləri işdən azad edən Fövqəladə Hallar Nazirliyidir.
Yeri gəlmişkən onu qeyd edim ki, dünən “Azərenerji” ASC-də ixtisar olunanların işə bərpası üzrə komissiya yaradılıb və artıq fəaliyyətə başlayıb.
Hiss olunur ki, daxildə maraqlı proseslər gedir. Biri işdən azad edir, o birisi də işə bərpaya çağırır, humanistlik edir. Burdan da işdən çıxaran və işə bərpa edən arasında sərhəd aydın görünür. Görünür ki, içəridə nizam-intizam pozulur, vahid mərkəzdən koordinasiya itib, nomenklatur qruplara bölünüb.
Görəsən, son struktur dəyişikliklərindən sonra işini itirənlər də 1-ci vitse-prezidentə müraciət etsələr analoji dəstək qazana biləcək?
Yeri gəlmişkən son mitinqdən sonra struktur dəyişiklikləri dayandı. Ən maraqlısı da odur ki, SOCAR-da başlayan ciddi proseslər dayanıb və gözlənilən iri dəyişikliklər də təxirə salınıb.