İlham Hüseyn
Ölkədəki vəziyyər hamıya məlumdu. Hamı bilir ki, hüquqsuzluq, talançılıq, saxtakarlıq tüğyan edir. Hamı bilir ki, bütün bu eybəcərlikləri kimlər yaradır. Yəni, hamı səbəbləri də, səbəbkarı da tanıyır.
Amma xeyli “ağıllı” və “cəsarətli” oğlanlar da var ki, hökuməti bir cümləylə tənqid edir və avtomatın lüləsini müxalifətə yönəldir. Öz aləmlərində cəmiyyəti aldadırlar. Guya, bunlar hökuməti də, müxalifəti də tənqid edirlər. Amma diqqətlə nəzər salanda görürsən ki, hökumətə qarşı yönələn tənqidlərdə konkretlik yoxdur. Nə kiminsə adın çəkə bilir, nə son zamanlar baş verən konkret korrupsiya faktlarına toxuna bilir, nə də haqlı olanın yanında mövqe tutmağı bacarır. Ömründə bir dəfə başına dəyənək dəyməyib, bir dəfə həbsxana görməyib, bir dəfə özünə və doğmalarna təzyiq olmayıb, amma həyatını güllə qabağına qoyanlara dərs keçir, yol göstərir, səhv tutur. Yəni, qəhrəmanlığı dilindən uzağa gedə bilməyib. Belə adamlar bu çirkin mənzərəni yaradanlar qədər iyrənc görünürlər.Ay qardaş, əlindən bir iş gəlmir, heç olmasa sus də.
Müxalifətə, Əli Kərimliyə məktəbli uşaq da gecə-gündüz döşəyə bilər. Buna görə cəsarət tələb olunmur, adamın cibinə narkotika atmırlar, həbs etmirlər. Nəsə, başa düşdük ki, müxalifəti ağ yuyub, qara sərə bilirsən. İndi Quardian qəzetinin yazdığından, həbs qoyulmuş 3 milyarddan, başda oturanların ailə biznesindən danış, biz də qulaq asaq. Axı, sən cəsarətli oğlansan…..