Biləsuvar sakini Alışov Sabir 1992-ci ildə Qarabağ döyüşlərində ağır yaralandığını deyir. Dəfələrlə əməliyyat olunub. 2006-cə ildə o, subay olarkən ona Qarabağ əlili kimi birotaqlı 18 kvatrat metrlik ev verilib. Sonradan ailə qurub. iki övladı var. Mənzil şəraitinin pis olması üzündən birotaqlı mənzildə yaşaya bilmirlər. İllərdir qohumların himayəsinə sığınıblar. Mənzil şəraitinin yaxşılaşdırılması üçün dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, ona yalnız şablon cavablar verilib. Artıq vəziyyətin dözülməz həddə çatdığını deyən Alışov Sabir boşanmaq üçün məhkəməyə müraciət etdiyini bildirib. İddiasında maraqlı tərəf kimi Əmək və Əhalinin Müdafiə Nazirliyini və Biləsuvar rayon İcra hakimiyyətini göstərib.
Qarabağ döyüşçüsü bildirib ki, onun ailəsi ilə heç bir narazılığı, hər hansı bir ailə münaqişəsi yoxdur. Ailənin dağılmasına səbəb sadəcə şəraitsizlikdir.
azadliq.info