Türkiyənin «Hürriyet» qəzeti yazır ki, əslən azərbaycanlı işadamı Mübariz Mənsimov həbs olunub.
O, FETÖ – 2015-ci ildə Türkiyədə çevriliş cəhdi və bu işdə ABŞ-da yaşayan türkiyəli islam alimi Fəthullah Gülənə bağlılığı olmaqda şübhəli olan şəxslər ilə bağlı araşdırma çərçivəsində tutulub.
Qəzetin yazdığına görə, M.Mənsimov meneceri Nuray Nurcihan Perker ilə birlikdə saxlanılıb, martın 16-da axşam saatlarında Çağlayandaki İstanbul Ədalət Sarayına gətirilib.
Daha sonra Nuray Perker məhkəmə nəzarəti qərarı ilə azadlığa buraxılıb. M.Mənsimov isə həbs olunub.
M.Mənsimovun «Palmali» şirkətlər qrupu açıqlamasında Mənsimovun günahsız olduğunu bildirib.
Azadlıq radiosu