Müsəlman Birliyi Hərəkatının üzvü Sahil Rzalı artıq 3 gündür quru aclıq aksiyası keçirir.
Yaxınlarının sözlərinə görə, Sahil Rzalı qanunsuz olaraq həbs edilib və 4 ildir həbsdədir.
“Sahil Rzalı həbsinin qanunsuz olduğuna etiraz olaraq artıq 3 gündür aclıq edir,” ailə üzvləri bildirib.
Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi Sahil Rzalının aclıq etməsi ilə bağlı deyilənləri təkizb edib.
“Sahil Rzalı aclıq etmir. Onun aclıq aksiyasına başlaması ilə bağlı məlumatlar yalandır,” İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirblər.
Sahil Rzalı 2015-ci ildə Bakının Nardaran qəsəbəsində həyata keçirilən əməliyyat zamanı saxlanılıb. Sabunçu rayon Məhkəməsinin hökmü ilə 6 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Sahil Rzalı hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.
Amerikanın səsi