
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Bu ölkədə milyardlara, yüz milyonlara sahib olanlar, puluna, vəzifəsinə güvənib özünü böyük adam, böyük kişi sayanlar var ki, bu gəncin kəsinti dırnağı da ola bilməzlər! Ondan ləyaqət, kişilik, insanlıq öyrənməlidirlər!
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən Niyaməddin Əhmədov Əli Kərimlini şərləməmək, onun əleyhinə ifadə verməmək üçün dözdüyü türkürpədici işgəncələrdən danışıb!
Onu saatlarla xüsusi amansızlıqla döyüblər, zülm ediblər, bədəninə elektrik cərəyanı veriblər, huşunu itirəndən sonra üstünə bir vedrə su töküb ayıldıblar və yenidən işgəncə veriblər. Aylarla ailəsilə və vəkili ilə görüşmək, hətta danışmaq imkanından məhrum ediblər.
Bu qəddar, alçaldığı və qeyri-insani rəftarın, amansız işgəncələrin bircə məqsədi olub- Niyaməddin bəy guya bloqqer Qabil Məmmədovdan pul alıb Əli Kərimliyə ötürdüyünü “etiraf etməli”, hüquq-mühafizə orqanları isə bu “etirafa” söykənərək Əli bəyə qarşı terroru maliyyələşdirmə ittihamı))) irəli sürməli imiş.
Rejim bu qədər qeyri-insani, faşist metodları ilə də Niyaməddin bəyi sındıra bilmədi, ancaq bu gənc öz dəyanəti, iradəsi, ləyaqətilə rejimin işgəncə maşınını ayaqları altında çilik-çilik etdi.
Məhkəmələrdə üzəduranlıq edən hakimlər, vəkillər, prokurorlar, baxın, utanın, yerə girin!
Kaş ki, Niyaməddin bəyin ləyaqətinin və kişiliyinin bircə faizi sizdə olaydı! Ancaq yoxun üzü qara olsun, yoxdur və olmayacaq da!
Niyaməddin bəy, sənin valideynlərin, sənin ailən, elin-oban, dostların, əqidə yoldaşların, şərəfi olan hər kəs səninlə qürur duyur!
Sən bu ölkədə başını dik tutub gəzməyə ən çox haqqı olanlardansan!
Allah səni qorusun, Oğuz elinin igid oğlu!