Oktyabrın 10-da və 11-də Rusiyanın Ukraynaya endirdiyi ağır raket zərbələri nəticəsində azı 19 nəfər ölüb
Ukrayna prezidenti Volodimir Zelenski oktyabrın 11-də Böyük yeddilərin G7 qrupunun sammitinə videobağlantı ilə müraciət edib.
O G7 liderlərini Rusiyanın enerji ixracatına “sərt qiymət həddi” qoymağa çağırıb.
Oktyabrın 10-da və 11-də Rusiyanın Ukraynaya endirdiyi ağır raket zərbələri nəticəsində azı 19 nəfər ölüb.
Zelenski bildirib ki, Rusiya tamamilə təcrid edilməli və cəzalandırılmalıdır:
“Belə addımlar sülhü yaxınlaşdırır. Bunlar terrorçu dövləti sülh haqqında, müharibənin sərfəli olmaması barədə düşünməyə vadar edir”.
G7 liderləri oktyabrın 11-də qəbul etdikləri bəyanatda Rusiyanın son raket hücumlarını pisləyiblər və Moskvadan buna görə məsuliyyət tələb edəcəklərini bildiriblər.
“İrandan daha 2400 dron”
Öz çıxışında Zelenski habelə ölkəsinin raket və hava hücumundan müdafiəsi üçün silahlar istəyib.
O bildirib ki, Ukraynaya hava hücumundan müdafiə sistemləri verilərsə, “Rusiya terrorunun əsas elementi – raket zərbələri işləməyəcək”.
Zelenski indiyədək Ukraynaya onun hava məkanının müdafiəsi üçün silah sistemləri verən ölkələrə – xüsusilə də ABŞ və Almaniyaya təşəkkürünü bildirib, amma əlavə edib ki, Ukrayna kəşfiyyatının məlumatına görə Rusiya İrandan daha 2400 dron sifariş edib.

O əlavə olaraq G7 ölkələrini onun Ukrayna-Belarus sərhədində beynəlxalq müşahidəçilər yerləşdirmək təşəbbüsünə dəstək verməyə çağırıb.
Zelenski habelə deyib ki, G7 Rusiya prezidenti Vladimir Putinlə heç bir dialoqun mümkün olmadığı faktını qəbul etməlidir.
O deyib ki, danışıqlar ya başqa bir Rusiya lideri və ya “danışıqçıların fərqli konfiqurasiyası” ilə aparıla bilər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 11-də deyib ki, Rusiya Qərblə Ukraynaya dair danışıqlara hazırdır, amma Moksva hələki danışıqlar üçün heç bir ciddi təklif almayıb.
Yeni raket zərbələri
Oktyabrın 11-də Rusiya Ukraynaya yeni raket zərbələri endirib. Bir gün öncə müxtəlif şəhərlərin bombalanması nəticəsində azı 19 nəfər həlak olmuşdu.
Ukrayna mediası bu gün səhər ölkəyə 20 raket atıldığını yazır. Kremlə yaxın rusiyalı hərbi blogerlər də Ukraynanın yenidən raket atəşinə tutulduğunu təsdiqləyib.
Cənubi Zaporojye vilayətinə 12 raket atılıb. Paytaxt Kiyev yaxınlığında, qərbi Xmelnitsi şəhərində də partlayışlar qeydə alınıb.
Kiyevdə həyəcan siqnalları yenidən səslənib, adamlar təhlükəsizlik sığınacaqlarına axışıblar.
Dnepropetrovsk, Vinnitsya, Mikolayev və Rivnedə də partlayışlar baş verib. Kiyevdən cənub-qərbdə yerləşən Vinnitsyada su istilik stansiyasının hücum dronları ilə vurulduğu, amma itki olmadığı bildirilir.
“Lvovda partlayışlar var. Elektrik təchizatında problemlər yaranıb”, – mer Andrey Sadovı oktyabrın 11-də bildirib.
Azadlıq radiosu