Oktyabrın 26-da Şirazda Şah Çıraq məbədinə hücumda azı 15 nəfər öldürülüb. Hücuma görə məsuliyyəti İslam Dövləti (İD) silahlı qruplaşması üzərinə götürüb.
Azı 19 nəfərin yaralandığı bildirilir.
İran rəsmiləri silahlının həbs olunduğunu deyirlər.
Xarici işlər naziri Hüseyn Əmir-Abdullahyan deyib ki, Tehran “terrorçular və xaricdən müdaxilə edənlərə” qarşı tədbir görəcək.
İD indiyədək İranda bir sıra hücumlar, o cümlədən 2017-ci ildə parlamentdə və İslam Respublikasının qurucusu Ayətullah Ruhulla Xomeyninin məqbərəsinə hücumlara görə məsuliyyət götürüb.
Azadlıq radiosu