Kamala Harris: “Birləşmiş Ştatlar inanır ki, qadın və qızların hüquqlarını pozan heç bir ölkə bu hüquqları qoruyan heç bir beynəlxalq və BMT qurumunun üzvü ola bilməz”.
Birləşmiş Ştatlar İranın BMT-nin 45 üzvlü Qadının Statusu Komissiyasından xaric edilməsinə çalışacaq.
ABŞ-ın vitse-prezidenti Kamala Harris deyib ki, Vaşinqtonun bu niyyəti İran hökumətinin qadın hüquqlarını tanımaqdan imtina etməsi və etiraz aksiyalarına qəddar hücumları ilə bağlıdır.
Reuters agentliyi yazır ki, İran bu komissayadakı dördillik üzvlüyünə yenicə başlayıb.
Komissiyanın məqsədi gender bərabərliyinə və qadınların siyasi mövqeyinin gücləndirilməsinə dəstək verməkdir.
Xanım Harrisin bu barədə bəyanatında deyilir:
“Birləşmiş Ştatlar inanır ki, qadın və qızların hüquqlarını pozan heç bir ölkə bu hüquqları qoruyan heç bir beynəlxalq və BMT qurumunun üzvü ola bilməz”.
Azadlıq radiosu