Bu rayonlarda qaz olmayacaq

  • By Ayshan
  • 18 Noyabr 2025 20:29

Binəqədi və Səbail rayonlarının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu üzrə DSK yolunun, Binəqədi qəsəbəsi, 5056/68 məhəllənin, Biləcəri qəsəbəsi, M.Aslanov, A.Zeynallı, Q.Məmmədov, Xaqani, M.Hüseynzadə, Ordubadi, T.Yaqubov, Füzuli, Y.İmanov və İ.Kərimov küçələrinin, Səbail rayonu üzrə isə Badamdar qəsəbəsi, Lomonosov, Çerniyakov, H.B.Əliyev, Dağlıq, G.Əliyev, Y.Mürsəlov, A.İsmayılov küçələrinin və 2-ci yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Gununsesi.info