Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanı seçim qarşısında qoyub. Paşinyan Kremlə təklif edib ki, Rusiya Ermənistanı Azərbaycan və Türkiyə ilə birləşdirən dəmiryollarını bərpa etsin. Paşinyanın Moskvaya müraciət etməsinin səbəbi budur ki, keçmiş prezident Robert Köçəryan vaxtilə daxili dəmiryollları Rusiya Dəmiryolları İdarəsinə satıb. Paşinyan da bundan çıxış edərək Rusiyanın balansında olan Ermənistan dəmiryollarının bərpasını Moskvadan xahiş edib. Moskvanın bu xahişə müsbət və ya mənfi cavablarından hər biri Paşinyanın xeyrinə olacaq. Rusiya hökuməti dəmiryollarının bərpasına razılaşarsa, Ermənistan pul xərcləmədən keçmiş SSRİ dövründə mövcud olan dəmiryollarını bərpa etmiş olacaq. Əgər Rusiya hökuməti İrəvana mənfi cavab verərsə və ya məsələni uzadarsa, Paşinyanın Ermənistan dəmiryollarını Rusiyanın balansından çıxarması üçün əsası olacaq.
-
By Adminrehimova
- 25 Dekabr 2025 15:00
DİGƏR XƏBƏRLƏR
-
24 Dekabr 2025 23:22
Ankara səmasındakı qəza: təsadüf, yoxsa mesaj? – AĞAR ŞƏRH EDİR
-
23 Dekabr 2025 23:06
Musa Musayevdən prezidentə doğum günü təbriki
-
23 Dekabr 2025 21:52
Hələbdə atəşkəs elan olundu
-
21 Dekabr 2025 21:49
İki biznesləri birdən batdı, yenisini açırlar
-
19 Dekabr 2025 19:46
Paşinyan: “Sülh artıq reallığa çevrilib”
-
17 Dekabr 2025 23:24
Hansı məktəblər distant təhsilə keçəcək?
-
15 Dekabr 2025 20:08
Yeni il gecəsi üçün yerlər azalır, qiymətlər artır
-
12 Dekabr 2025 22:14
Heydər Əliyev Hərbi Prokurorluqda anılıb
-
05 Dekabr 2025 19:42
Həkimlər işləyə bilmək üçün rüşvət verib
-
04 Dekabr 2025 16:44
“Ay ərzində nəqliyyat və nahar pulu belə 400 manatdan çox olur”
-
03 Dekabr 2025 15:06
“Kişilərə 14 günlük ödənişli məzuniyyət ailə harmoniyasını gücləndirir”
-
29 Noyabr 2025 11:02
Dünya birjalarında Azərbaycan neftinin qiyməti













