ABŞ-ın Arkanzas ştatının sakini məşhur “Poverball” lotereya oyununda 1.8 milyard dollar udub.
Gununsesi.info xəbər verir ki, bu barədə lotereyanın saytında məlumat yayılıb.
“Arkanzasda “Poverball” cekpotu qazanıldı! Arkanzasda satılan bilet dünən gecə keçirilən lotereyada çıxan altı rəqəmin hamısına uyğun gəldi və 1,817 milyard dollarlıq cekpotu qazandı”, – məlumatda qeyd olunub.
Uduş qalibə hissə-hissə ödəniləcək.
Qeyd olunub ki, bu, ABŞ lotereya tarixində ikinci ən böyük cekpot uduşudur.













