Kremlin mətbuat xidmətinin TASS– a verdiyi məlumata görə, Rusiya Prezidenti Vladimir Putin fevralın 23-də Nazirlər Kabineti ilə videokonfrans vasitəsilə ölkənin Arktika zonasının və Transarktik Nəqliyyat Dəhlizinin inkişafını müzakirə edəcək .
Gununsesi.info xəbər verir ki, dövlət başçısına hesabatları Baş nazirin müavini və Prezidentin Uzaq Şərq Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Yuri Trutnev, Baş nazirin müavini Vitali Savelyev, Rosatom-un baş direktoru Aleksey Lixaçev və Dövlət Şurasının Şimal Dəniz Yolu və Arktika üzrə Komissiyasının rəhbəri, Murmansk vilayətinin qubernatoru Andrey Çibis təqdim edəcək.
Görüş zamanı prezident və rəsmilər bir sıra cari məsələləri də müzakirə edəcəklər.
Orxan












