Braziliyada atışma nəticəsində 200 turist təpədə qalıb

  • By Admin2
  • 22 Aprel 2026 16:39

“New York Post” qəzetinin məlumatına görə, Rio-de-Janeyroda polislə dəstə üzvləri arasında baş verən atışma nəticəsində təxminən 200 turist təpənin zirvəsində ilişib qalıb.

Gununsesi.info xəbər verir ki, şahidlərin sözlərinə görə, günəşin doğuşunu izləmək və məşhur İpanema çimərliyinin mənzərəsinə heyran olmaq üçün dağa toplaşan turistlər qəfildən təpənin ətəyində yerləşən faveladan atəş səsləri eşidiblər.

Belə ki, polis narkotik kartelinin lideri Ednaldo Perenie Souzanı həbs etmək üçün əməliyyat keçirirdi. Cinayətkar polis onun qaldığı evə basqın etməzdən əvvəl gizli keçiddən qaçmağı bacardı. Lakin onun üç əlbir olduğu iddia edilən şəxs saxlanılıb.

Hakimiyyət orqanlarının məlumatına görə, turistlərə təxminən iki saatdan sonra təpədən enməyə icazə verilib. Səyahət edənlərdən heç biri xəsarət almayıb.

Maqsud

Gununsesi.info