2025-ci il uğurlu hadisələr kimi, kədərli anlarla da yadda qaldı.
Belə ki, bu il də bir sıra şair-yazıçılar vəfat etdi.
Gununsesi.info 2025-ci ildə vəfat edən şair-yazıçıların siyahısını təqdim edir:
Dünya yazıçıları:
1.Mario Vargas Llosa – Perulu yazıçı, Nobel mükafatı laureatı. O, 13 aprel 2025-də vəfat edib.
2. Frederick Forsyth – İngilis kriminal və triller yazıçısı, “The Day of the Jackal” kimi məşhur əsərlərin müəllifi. O, 9 iyun 2025-də vəfat edib.
3. Antonine Maillet – Kanada yazıçısı, 17 fevral 2025-də vəfat edib.
4. Frankétienne – Haiti yazıçısı, 20 fevral 2025-də vəfat edib.
5. Maria Teresa Horta – Portuqaliyalı yazıçı, 4 fevral 2025-də dünyasını dəyişib.
6. L. J. Smith – Amerika yazıçısı, 8 mart 2025-də vəfat edib.
7. Al Sarrantonio – Amerika qorxu və fantastika yazıçısı, 27 yanvar 2025-də vəfat edib.
8. Victorio Orsenigo – İtalyan yazıçı və teatr rejissoru, 28 mart 2025-də vəfat edib.
9. Gertrud Leutenegger – İsveçrə yazıçısı, 20 iyun 2025-də vəfat edib.
10. Joanna Trollope – Britaniyalı roman yazıçısı, 11 dekabr 2025-də vəfat edib.
11. Sophie Kinsella – Britaniyalı bəşəriyyətə məşhur “Confessions of a Shopaholic” seriyasının müəllifi, 10 dekabr 2025-də vəfat edib.
Azərbaycan yazıçıları:
1. Elçin Əfəndiyev – Azərbaycanın Xalq yazıçısı, nasir və dramaturq. O, 3 avqust 2025-də vəfat edib.
2.Həsən Kür – Gənc şair Həsən Kür (Həsən Zeynallı) 1996-cı ildə anadan olub. 17 iyulda dünyasını dəyişib.
Soltan Abbas – 1933-cü il doğumlu Soltan Abbas (Soltan Abbasov) uzun illər mətbuatda çalışıb, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. O, publisistika və poeziyanı uğurla birləşdirən ədiblərdən biri kimi 92 il ömür sürüb. Şair 19 iyulda vəfat edib.
Arif Buzovnalı- 1972-ci ildə Bakının Buzovna qəsəbəsində doğulub. Klasik üslubda qəzəllər yazan Arif Buzovnalı 1990-cı illərdə Qarabağ müharibəsində iştirak edib və 2025-ci 22 noyabrda 53 yaşında uzun sürən xəstəlikdən vəfat edib.
Məmməd İsmayıl-1939-cu ildə Tovuz rayonunda doğulub, müstəqil Azərbaycanda və xaricdə yaşamış tanınmış söz ustadıdır. Şair 19 avqustda vəfat edib.
Kəramət Şükürov (1957–2025) – şair, nasir (yazıçı) və jurnalist.
Vidadi Babanlı (1927–2025) – yazıçı və tərcüməçi.
Əlisəmid Kür (1954–2025) – şair və ədəbiyyat tədqiqatçısı.
Allah rəhmət eləsin.
Elmar













