Sumqayıtda 7 aylıq körpə (qız) yüksək hərarətdən ölüb.
Gununsesi.info Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə dekabrın 7-si saat 15 radələrində baş verib.
Belə ki, 2025-ci il təvəllüdlü Alidə Nurlan qızı Vəlizadə yaşadığı Sumqayıt şəhərindəki evdə yüksək hərarətdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.













