
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş 44 yaşlı Fuad Fərhadov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Gununsesi.info-ya bildirilib ki, həmin şəxsdən 6 kiloqram marixuana 2 kiloqrama yaxın heroin və metadon həblər aşkarlanıb.
Saxlanılan şəxs narkokuryerliyə cəlb edildildiyini və Quba rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdığını bildirib.
Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.